Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin ingilis dilinə tərcümə edilmiş “Bənəfşə” şeiri Amerika Birləşmiş Ştatlarının “Poetry.com” ədəbiyyat portalında dərc olunub.
Tərcümə Mərkəzindən bildirilib ki, şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeiri ingilis dilinə tanınmış ingilis tərcüməçi və filoloq Tom Bottinq çevirib.