Azərbaycan Respublikasında media sahəsində səmərəli fəaliyyətinə görə İbrahim Məmməd oğlu Məmmədov 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
Prezident İlham Əliyev bununla bağlı iyulun 16-da sərəncam imzalayıb.
Əməkdar jurnalist İbrahim Məmmədov Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəridir. Mətbuatda icmalçı kimi çalışıb, televiziyalarda ictimai-siyasi verilişlərin aparıcısı, sənədli televiziya filmlərinin müəllifi olub, məsul vəzifələr tutub. Tarix üzrə fəlsəfə doktorudur. İyulun 16-da 60 yaşı tamam olub.
İbrahim Məmmədovu yubileyi və dövlət təltifi münasibətilə təbrik edirik.