Dünya bredinin təqdimatında

Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə bağlanmış müvafiq razılaşmaya əsasən dünya brendi "City Sightseeing Worldwide" şirkətinin Bakıda nümayəndəliyi yaradılıb. "City Sightseeing Worldwide" şirkəti şəhər turlarının təşkili üzrə dünyanın aparıcı operatorlarından biridir. Müəssisə 1999-cu ildə İspaniyanın Sevilya şəhərində yaradılıb, hazırda 33 ölkənin 100-dən artıq şəhərində turistlərə və yerli əhaliyə şəhərin tarixini və mədəniyyətini əyani şəkildə göstərmək üçün audioqid vasitəsilə ekskursiyalar təşkil edir.
2013-cü ildə şirkət 1000-dən çox avtobusda 10 milyondan artıq insana ekskursiya xidməti göstərib. Şəhər turu üçün əldə edilmiş bileti 24 saat ərzində "hop on - hop off" sistemi ilə istifadə etmək olar. Yəni hər bir şəxs istənilən dayanacaqda düşüb növbəti avtobusla ekskursiyanı davam edə bilər.
Bakıda təşkil ediləcək turlar şəhər İcra Hakimiyyəti və Baş Dövlət Yol Polisinin təsdiq etdiyi marşrut üzrə qış mövsümündə səhər saat 11:00-dan axşam saat 20:00-dək, yay mövsümündə isə səhər saat 11:00-dan axşam saat 22:00-dək 30 dəqiqə intervalla hərəkət edir. Marşrutun uzunluğu təxminən 15 km, müddəti 1 saat 30 dəqiqə təşkil edir. Yay mövsümündə avtobusların dam hissəsi açıq vəziyyətdə, qış mövsümündə isə bağlı olacaq. "Gülərüz Kobra" MAN markalı avtobuslarda ekskursiyalar xüsusi sistemlə yaradılmış avadanlıq vasitəsilə 8 dildə (Azərbaycan, rus, ingilis, ispan, alman, fransız, fars və yapon) səsləndiriləcək. Bunun üçün hər bir şəxsə avtobusa daxil olduqda qulaqcıqlar paylanacaq.
Aprelin 4-də saat 15:00-da “Azadlıq” meydanının qarşısında KİV nümayəndələri üçün mətbuat turu təşkil ediləcək.
Əlavə məlumat almaq üçün bu ünvanlara müraciət etmək olar: +99455 930 00 39;
office@cssbaku.az; www.CSSBAKU.az







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar