İtaliya sürətlə qocalır

 

Qarşıdakı üç il ərzində İtaliyada 90 yaşdan yuxarı bir milyon insanın olacağı proqnozlaşdırılır.

Ölkənin Səhiyyə Nazirliyinin “Italia Longeva” Aktiv Yaşlanma və Uzunömürlülük Assosiasiyası diqqəti 20 ildən sonra sayı 19 milyona çatacaq yaşlı (65 yaşdan yuxarı) insanlara yardım məsələsinə yönəldib.

Son 10 ildə evdə qulluqdan faydalanan 65 yaşdan yuxarı yaşlıların sayı iki dəfədən çox artaraq 550 min nəfərə yüksəlib. Hazırda ölkədə yaşlılara evdə qulluğa böyük ehtiyac var. Növbəti 20 il ərzində tək yaşayan və təcridolunma riski altında 65 yaşdan yuxarı təxminən 6 milyon insanın olacağı proqnozlaşdırılır.