Təkcə “ChatGPT”də 180 milyon insan qeydiyyatdan keçib

 

Generativ süni intellekt (Artificial Intelligence – AI) modelləri iş yerlərində gündən-günə daha çox yayılır. 2024-cü ildə aparılan araşdırmaya görə, “ChatGPT” və “Google Gemini” chatbot tətbiqləri xüsusilə populyardır.

Süni intellektdən istifadə işdə və ya asudə vaxtda sadə tapşırıqları yerinə yetirməkdən tutmuş əyləncə üçün məzmun yaratmağa qədər bir çox sahələrdə yayılıb.

“İş alətləri üçün ən yaxşı 100 generativ süni intellekt” (flexos.work saytı) siyahısında ABŞ-də yerləşən “OpenAI”nin “ChatGPT” süni intellekt firması birinci yerdədir.

“Google” şirkətinin əvvəllər “Bard” kimi tanınan “Gemini” tətbiqi ikinci yerdə, onlayn qrafik dizayn platforması üçün generativ alət olan “Canva AI Suite” isə üçüncü yerdə qərarlaşıb.

İlk onluqda  AI yazı yoldaşı “Quillbot”, işdə ən çox istifadə edilən tədqiqat chatbotu “Perplexity AI”, süni intellektlə işləyən kod tamamlama vasitəsi olan “GitHub Copilot”, təsvir yaratma aləti “Leonardo AI”, yazı yoldaşı “Grammarly AI” və generativ süni intellekt aləti “Midjourney” də var.

Siyahıda ən çox istifadə edilən alətlərin 70 faiz payla GPT kimi tanınan generativ, əvvəlcədən öyrədilmiş transformatorlar olduğu ortaya çıxıb. Hazırda “ChatGPT” 180 milyon daimi istifadəçiyə malikdir. Onların 12 faizi ABŞ-dəndir, 600 milyon ziyarətçi isə platformadan aylıq istifadə edir.

Dünyada süni intellekt bazarı indiyədək 196 milyard dollar dəyərə çatıb və növbəti illərdə dəfələrlə artacağı təxmin edilir.