Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) çərçivəsində Azərbaycanın turizm potensialını təbliğ etmək məqsədilə 2-6 aprel tarixində Qazaxıstan, Qırğızıstan və Türkiyənin dövlət qurumları, media və turizm təmsilçiləri üçün infotur keçirilir. 15 nəfərlik heyətin səfəri Bakı, Şamaxı, Qəbələ, İsmayıllı və Şəkini əhatə edir.
Səfər zamanı Azərbaycanın tarixi-mədəni irsi və turizm potensialı ilə tanışlıqla yanaşı, adıçəkilən ölkələrdə yayımlanması məqsədilə müxtəlif çəkilişlərin aparılması və təbliğat xarakterli yazıların yazılması nəzərdə tutulur. İnfoturun keçirilməsi Azərbaycanın təşəbbüsü ilə TDƏŞ-in turizm sahəsində əməkdaşlıq üzrə işçi qrupunun 1-ci iclasında qərara alınıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar