Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva “Euronews”un Direktorlar Şurasının sədri Pedro Varqas David ilə görüşüb. Görüş zamanı Qazaxıstanın “Euronews” ilə əməkdaşlığı haqqında memorandum imzalanıb.
Memorandum paytaxt Astanada “Euronews”un regional nümayəndəliyinin açılmasını nəzərdə tutur.
“Euronews”un regional nümayəndəliyinin açılması beynəlxalq auditoriyaya Qazaxıstanın iqtisadi, siyasi, sosial və mədəni inkişafını hərtərəfli təşviq etmək üçün gözəl imkanlar yaradacaq”, – deyə nazir Aida Balayeva qeyd edib.
Tərəflər, həmçinin media sahəsinin inkişafı və beynəlxalq informasiya mübadiləsinin gücləndirilməsinə yönəlmiş birgə layihə və təşəbbüsləri həyata keçirməkdə maraqlı olduqlarını bildiriblər.