Qazaxıstanda arxeoloji tapıntı müzakirələrə səbəb olub
Qazaxıstanın Akmola vilayətindəki arxeoloji kəşf alimlərin diqqətini cəlb edib və onun mənşəyi müzakirələrə səbəb olub.
Tapıntı barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Sandıktau rayonunun fövqəladə hallar şöbəsinin əməkdaşları profilaktik tədbir keçirərkən qəribə bir artefakt – daşdan yonulmuş insan üzü aşkarlayıblar.
Qədim heykəltaraşlıq əsərinin hansı dövrə aid olduğunu müəyyən etmək çətindir. Bu barədə alimlər müxtəlif fikirlər söyləyirlər.
Bəziləri tapıntının Tunc dövrünə aid olduğunu, digərləri isə daha sonrakı dövrə məxsusluğunu iddia edirlər. Bu tapıntının Sibirdəki artefaktlarla oxşarlığı da qeyd olunur.