Təəssürat və rəylər

Bakıda keçirilən XIII Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisində (AİTF-2014) 30-dan çox xarici ölkənin şirkət və təşkilatları təmsil olunur. Onlardan bir neçəsinin sərgi ilə bağlı ilk təəssüratlarını öyrəndik.

İtaliyanın “Ginatukka Jardo” şirkətinin turoperatoru Larus Viaggi: “Artıq ikinci dəfədir ki, bu sərgidə iştirak edirəm. Bakı çox gözəl şəhərdir. Keçən ildən başlayaraq Azərbaycanla çox intensiv əlaqələr qurmuşuq və bundan da məmnunuq. Şirkətimiz Milan, Venesiya, Roma kimi şəhərlərin turizm imkanlarını nümayiş etdirir. Bu şəhərlərin muzeylərini, görməli-gəzməli yerlərini təqdim edirik. AİTF sərgisində İtaliyanı 5 turizm agentliyi təmsil edir. Bakı italyanlar üçün maraqlı şəhərdir. Ötən ildən başlayaraq Azərbaycandan iki turizm şirkəti ilə əməkdaşlıq edirik. Çox istərdik ki, ölkələrimiz arasında kütləvi turizm gediş-gəlişləri olsun”.
Litvanın “Northway” (“Şimal yolu”) turizm şirkətinin layihə rəhbəri Loreta Masyaviçenie: “Mən Bakıya ilk dəfə gəlmişəm. Lakin buna baxmayaraq təəssüratım zəngindir. Həm şəhər, həm də insanlar çox xoşuma gəldi. Sərgidə ölkəmizin tibbi turizm imkanlarını təqdim edirik. Mərkəzimizdə sanatoriya, spa salonlar və s. var. Sərgidə qonaqpərvərlik imkanlarımızı, milli mətbəx nümunələrimizi də nümayiş etdiririk. Ümid edirəm ki, bu sərgidə iştirak etməklə Azərbaycan turizm şirkətləri ilə yaxın gələcəkdə əməkdaşlıq qura biləcəyik”.
“Maldiv adalarına səyahət” şirkətinin nümayəndəsi Yelezaveta Unzakova: “Baş ofisimiz Maldivdə yerləşir. Bakı sərgisində üçüncü dəfədir ki, iştirak edirik. Belə tədbirlərdə iştirak doğrudan da əhəmiyyətlidir. Müxtəlif ölkələrdən olan tərəfdaşlarımızla görüşürük, fikir mübadiləsi aparırıq, gələcək əməkdaşlıq qurmağın yollarını müzakirə edirik. Maldiv azərbaycanlılar üçün yeni turizm məkanıdır, sizin ölkədən gələn turistlərin sayı o qədər də çox deyil. Onların çoxu hazırda Türkiyəyə, yaxud ərəb ölkələrinə gedirlər. Düşünürəm ki, pillə-pillə biz də uğurlara nail ola biləcəyik”.
“Asiya kolleksiya turu” şirkəti Azərbaycanla İndoneziya arasında turizm əlaqələri yaradan ilk şirkətlərdən biridir. Şirkətin azərbaycanlı nümayəndəsi Şəhla Qasımovanın sözlərinə görə, təkcə İndoneziyaya deyil, Asiyanın müxtəlif ölkələrinə, Tailand, Malayziya, Maldiv adaları, Şri-Lankaya tur paketlər satırlar: “Şirkətimiz artıq ikinci dəfədir ki, AİTF sərgisində iştirak edir. Çox rahat viza sistemimiz var. Belə tədbirlərdə çox aktiv iştirak etməyə çalışırıq”.
“Wild Trek” turizm kompaniyasının baş direktoru İnderaj Singh bildirdi ki, sərgidə ilk dəfə iştirak etməsinə baxmayaraq, tədbir onda böyük təəssürat yaradıb: “Bu tədbirlər digər ölkələrdən gələn turizm şirkətləri ilə əməkdaşlıq qurmaq üçün böyük imkandır. Biz gələcəkdə belə sərgilərdə daha çox iştirak etməyə çalışacağıq. Bu baxımdan Azərbaycan hökumətinə, xüsusilə də Mədəniyyət və Turizm Nazirliyinə öz minnətdarlığımı bildirirəm”.
Çinin Milli Turist Agentliyinin meneceri Vera Utexına isə tədbirdə artıq bir sıra həmkarları ilə fikir mübadiləsi apardığını diqqətə çatdırdı. O, həmçinin Bakı ilə tanışlığın onda zəngin təəssürat yaratdığını vurğuladı.

Mehparə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar