“Şahdağ” Turizm Mərkəzinin və Dağçılıq idman klubunun birgə təşəbbüsü ilə növbəti “Şahdağ qaçış festivalı” təşkil edilib.
Mərkəzdən verilən məlumata görə, ikinci dəfə keçirilən yarışın məqsədi Azərbaycanda qaçış idman növlərini inkişaf etdirmək, sağlam həyat tərzini təbliğ etmək və insanlar arasında idmana marağı artırmaqdır.
İki gün davam edən yarışda 4 kateqoriya üzrə 500-ə yaxın iştirakçı vertikal qaçış və cığır qaçışı üzrə birincilik uğrunda mübarizə aparıblar.
Qaliblərə “Şahdağ” Turizm Mərkəzi və tədbirin təşkilində iştirak edən digər təşkilatlar tərəfindən hədiyyələr verilib, medallar təqdim edilib.
Festival zamanı tədbirə qatılan böyüklər və uşaqlar üçün əyləncəli kostyumlarda müxtəlif qaçış yarışları da təşkil olunub, musiqili proqram nümayiş etdirilib.