Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində mövsümün son premyerası – A.P.Çexovun “6 N-li palata” əsəri əsasında hazırlanan “Palata” (səhnələşdirən: Bəhram Osmanov) tamaşasına daxili baxış keçirilib.

Janr etibarilə tragikomik düşüncə sayılan səhnə əsərinin quruluşçu rejissoru Ər-Toğrul, rejissoru Zaur Əliyev, quruluşçu rəssamı Vüsal Rəhim, rejissor assistenti Sevinc Məmmədovadır.

Cəmiyyətin ictimai-fəlsəfi problemlərinin əks olunduğu səhnə əsərində hadisələr məhdud məkanda baş versə də, psixoloji təsir dairəsi hüdudsuzdur.

Bədii rəhbəri Əməkdar incəsənət xadimi Əliqismət Lalayev olan tamaşada obrazları Ər-Toğrul (Dilənçi), Zaur Əliyev (Yevgeni Xobotov), Nicat Əli (Xəstə), Türkel Tariqpeyma (Professor), Hüseyn Əlili (Andrey Yefimiç), Fərid Rzayev (Nikita), Cəbrayıl Cəbrayılov (Şizofren), xor artistləri Rəşad Rüstəmli və Orxan Mirzəyev canlandırırlar.

“Palata” tamaşaçılara gələn mövsümdə təqdim olunacaq.