Builki Vaqif Poeziya Günləri rəngarəng tədbirlərlə yadda qaldı. İyulun 19-da Şuşa Hotel-Konqres Mərkəzində Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilən “Sözün repressiyası” (2022) sənədli filminin nümayişi oldu.

“Bulatfilm Production” şirkətinin istehsalı olan filmin rejissoru Rafiq Həşimov, ssenari müəllifi Səlim Babullaoğlu, operatoru Rüfət Süleymanovdur.

Filmdə repressiya qurbanı olmuş 31 yazıçı, şair və digər ziyalılarımız xatırlanır, bəzilərinin faciəvi həyat tarixçəsi danışılır. Ekran işində Stalin repressiyalarının retrospektiv planda faciəvi və tarixi məqamları da araşdırılır.

Filmdə Xalq yazıçısı Anar, tarixçi, cavidşünas Həmid Cəfərov, akademik Rafael Hüseynov, Siyasi Repressiya Qurbanları Muzeyinin rəisi Mirabbas Məmmədov, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədov və filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Qurbansoyun 1930-cu illər repressiyası ilə bağlı fikirləri yer alıb.

Nurəddin