Görkəmli özbək estrada müğənnisi, bəstəkar, aktyor Zakir Kərimoviç Zakirov “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adına layiq görülüb.

Prezident İlham Əliyev iyulun 22-də bununla bağlı sərəncam imzalayıb.

Sənətkar Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə təltif olunub.

Qeyd edək ki, Özbəkistanın Xalq artisti, Dövlət mükafatı laureatı, 1976-cı ildən məşhur “Yallı” ansamblının bədii rəhbəri olan Fərrux Zakirov öz sənəti ilə Azərbaycan xalqının da rəğbətini qazanıb. Bütün türk dünyasında şöhrət qazanan müğənni Qazaxıstan, Qırğızıstan, Tacikistan, habelə Rusiya Federasiyasının Tatarıstan və İnquşetiya respublikalarının “Xalq artisti” fəxri adına layiq görülüb.