Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Xətai rayon Heydər Əliyev parkında "Qonağımız var" layihəsi çərçivəsində müğənni, Əməkdar artist Mətanət İsgəndərli konsert proqramı ilə çıxış edib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Müğənninin həyat və yaradıcılığı haqqında məlumat verilib.

Daha sonra Mətanət İsgəndərli “Səma” rəqs ansamblının müşayiəti ilə sevilən mahnılarını səsləndirib.

Konsert proqramı alqışlarla qarşılanıb.