Şirvan Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə "Təbiət fəryad edir: məni xilas edin!" adlı rəsm sərgisi açılıb.
Sərginin keçirilməsində əsas məqsəd ekoloji problemlərə diqqət yönəltmək, bu problemlərin həll edilməsi üçün adekvat addımların atılmasının vacibliyini vurğulamaqdır.
Şirvan şəhər istirahət parkında təşkil edilən sərgidə gənc rəssam Aynur Məmmədzadənin əsərləri nümayiş olunub. Sərgidə tematik, mənzərə və portret janrında 12 əsər yer alıb. Əsərlər suluboya, quaş, dekorativ-tətbiqi sənətin batika və vitraj texnikalarındadır.
Qeyd edək ki, Aynur Məmmədzadə Şirvan-Tarix Diyarşünaslıq Muzeyinin tərtibatçı rəssamı vəzifəsində çalışır. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin məzunudur.