Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev bu ölkənin Ədəbiyyat, Nəşriyyat və Tərcümə Departamentinin baş direktoru Məhəmməd bin Həsən Əlvan ilə görüşüb.

Səudiyyə Ərəbistanı mediasının məlumatına görə, görüşdə iki ölkənin müvafiq strukturları arasında nəşriyyat və tərcümə üzrə əməkdaşlıq məsələləri müzakirə edilib. Bununla bağlı bir sıra proqram və təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.

Sözügedən sahələrdə əməkdaşlıq səylərinin intensivləşdirilməsinin, qarşılıqlı səfərlərin, mədəni və ədəbi tədbirlərdə iştirakın əhəmiyyəti vurğulanıb.