Aprelin 15-də «Fairmont Baku» hotelində «Ask People» şirkətinin fəaliyyətə başlaması münasibətilə tədbir keçiriləcək. Azərbaycan Turizm İnstitutundan qəzetimizə daxil olan məlumatda bildirilir ki, aparıcı turizm şirkətləri baş menecerlərinin və müvafiq struktur rəhbərlərinin iştirakı ilə baş tutacaq tədbirdə marketinq araşdırmaları sahəsində təcrübəli mütəxəssis, «Ask People» şirkəti idarə heyətinin fəxri üzvü, BAMF-nin beynəlxalq məsləhətçisi Lütfül Kəbir təqdimatla çıxış edəcək.
«Ask People» şirkəti müştərilərinin və onların brendlərinin uğuru üçün tələbata uyğun, etibarlı bazar araşdırmaları təqdim edir. Azərbaycanın biznes tədqiqat xidmətləri sahəsində öncül şirkətlərdən olan «Ask People LLC» layihələri xüsusi şövq və yüksək məsuliyyətlə yerinə yetirməsi ilə həmişə qürur duyur. Araşdırma layihələri biznes və bazar tədqiqatı elminin ən son nailiyyətlərinə əsaslanır və qabaqcıl texnoloji proqram tətbiq olunur.

 Fəxriyyə