Sumqayıt şəhərindəki “Kimyaçı” Mədəniyyət Sarayında tanınmış reper Orxan Zeynallının “Buz uşağı” adlı solo konserti keçirilib.

“Live Band”in rəhbərlik etdiyi ansambl ilə səhnədə canlı performans sərgiləyən ifaçının budəfəki repertuarı köhnə və yeni mahnılarından ibarət olub.

O, iki saat ərzində musiqisevərlərə populyar mahnılarını təqdim edib. Musiqiçi həmçinin konsertin adını daşıyan “Buz uşağı” mahnısını da səsləndirib.

Konsert tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.