Böyük Britaniya poçtu artıq neçənci ildir ki, qida, yaşama, nəqliyyat, ekskursiya və digər xərclər üzrə dünyanın 25 şəhərini 12 ballıq şkala üzrə müqayisə edir. Məqsəd iki nəfərə ən ucuz başa gələcək ikigünlük səfər üçün şəhəri müəyyən etməkdir.
Bu qeyri-rəsmi müsabiqədə qələbəni ikinci ildir ki, Budapeşt əldə edir. Bu şəhərdə iki sutkanı cəmi 194 dollara keçirmək mümkündür. Macarıstanın paytaxtında bir fincan qəhvənin qiyməti 1,96 dollar, bir butulka pivə 2,62 dollardır. İki nəfər üçün nahar və şərab 42,55 dollara başa gəlir. Üçulduzlu hoteldə iki gecə üçün isə 78 dollar pul lazımdır. Budapeştin ən çox turist cəlb edən yeri olan Müqəddəs Matyaşa kilsəsinə ekskursiya 4,8 dollardır.
Şərqi Avropaya səfər baha deyil. Araşdırmada ikinci yeri Vilnüs tutub. Litva paytaxtına səfər üçün sizə Budapeştlə müqayisədə bir neçə dollar artıq pul lazımdır. Üçüncü və dördüncü yerləri Varşava (219) və Praqa (226) tutur. Yeri gəlmişkən, Çexiya paytaxtında qida və içki daha ucuzdur.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar