Bakıdakı Rus Evində yazıçı Aleksandra Azima Reynhardtın “Marqaret” kitabının təqdimatı olub.
Müəllifin yeni romanı rəssam Nikolay və sənətşünas Marqaretin sevgisindən bəhs edir.
“Kitabda sevgi sadəcə bir hiss kimi deyil, qəhrəmanların “ruhları, bədənləri və ağılları arasındakı əlaqənin anatomiyası” kimi təqdim edilir”, – deyə müəllif bildirib.
Tədbirin aparıcısı şairə, tərcüməçi, filologiya elmləri doktoru Flora Naci, kitabın illüstratoru tanınmış rəssam Nigar Nərimanbəyova, Xalq yazıçıları Çingiz Abdullayev, Natiq Rəsulzadə, Əməkdar incəsənət xadimi Cəmil Quliyev, tarix elmləri doktoru, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədov və başqa çıxış edənlər müəllifin yaradıcılığı haqqında fikirlərini bölüşüblər.
Aleksandra Azima Reynhardt (Zulalova) Almaniyada yaşayan və rus dilində yazan azərbaycanlı yazıçıdır. O, həmçinin 2007-ci ildən “Parlaq Gələcək” xeyriyyə fondunun təsisçisidir.