Yunanıstanda etiraz

 

Yunanıstan Qədim Əsərlərin Mühafizəsi İttifaqı Mədəniyyət Nazirliyinin bir sıra muzeyləri özəlləşdirmək siyasətinə etiraz olaraq bütün ölkə ərazisində 4 saatlıq xəbərdarlıq tətili keçirib.

İttifaq Mədəniyyət Nazirliyinin özəl şirkətlərə tarixi və mədəniyyət obyektlərinə elektron bilet satışına icazə verilməsi ilə bağlı qərarı ilə razılaşmadığını bildirib. Qeyd olunur ki, nazirliyin bu qərarı Akropol və digər arxeoloji obyektlərin təhlükəsizliyində ciddi “boşluqlar” yaradır.

Xəbərdarlıq tətili zamanı Yunanıstanın hər yerində, o cümlədən Afina Akropolunda mədəniyyət obyektləri bağlanıb.

Qeyd edək ki, hər il 3 milyondan çox insanın ziyarət etdiyi Afina Akropolu Yunanıstan paytaxtının əsas arxeoloji abidəsidir. Burada eramızdan əvvəl 447–438-ci illərdə tikilmiş qədim Parfenon məbədi yerləşir.