2024-cü il Olimpiya Oyunları çərçivəsində Parisdə Pendir muzeyi açılıb.
Muzeydə müxtəlif pendir növləri nümayiş etdirilir.
Qeyd olunur ki, muzeyə gələnlər həmçinin pendir növlərinin necə istehsal olunduğunu öyrənə və onların dadına da baxa bilərlər.
Muzeyə giriş böyüklər üçün 20 avro təşkil edir.
Qeyd edək ki, Fransa dünyada ən böyük pendir istehsalçısı olan ölkələrdən biridir. Vaxtilə Prezident Şarl de Qoll fransız mətbəxinin bu xüsusda müxtəlifliyini ifadə etmək üçün Fransanı “30 növ pendiri olan ölkə” adlandırmışdı. Əslində isə, ölkədə 300-dən çox növ pendir istehsal olunur. Fransanın ənənəvi pendir istehsalı mədəniyyəti UNESCO tərəfindən Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib.