Sentyabrın 1-də keçiriləcək Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar deputatlığa namizədlərin qeydə alınması prosesi davam edir.

Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, avqustun 1-dək 1489 nəfərin deputatlığa namizədliyi irəli sürülüb. Onların arasında 25 siyasi partiyanın 459 nümayəndəsi də var. 1333 nəfərə imza vərəqi verilib. 481 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Avqustun 2-də deputatlığa namizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi üçün ayrılan müddət başa çatır.

9 avqustda qeydə alınmış namizədlərin təşviqat kampaniyası başlayacaq. Parlament seçkiləri ilk dəfə Azərbaycanın bütün ərazisində, 125 seçki dairəsində keçiriləcək. İşğaldan azad olunmuş ərazilərdə 34 seçki məntəqəsi fəaliyyət göstərir.