Milli Kitabxanada “2 Avqust - Azərbaycan Kinosu Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Kitabxanadan bildirilib ki, virtual sərgidə rəsmi sənədlər, kino tariximiz haqqında məqalələr, kitablar və müxtəlif resurslar tam mətni ilə təqdim olunur.

Ənənəvi sərgidə kino tarixi, kino salnaməsi, kino işi mövzusunda kitablar, monoqrafiyalar, dərsliklər Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Milli_kino_gunu/index.html linkindən istifadə edə bilərlər.

Sərgi bir həftə davam edəcək.