Litva SMK Tətbiqi Elmlər Universitetinin prezidenti Gabrija Skucaite və Klaypeda qərargahının Tədris işləri üzrə müdir müavini Neringa Cekanaviciene Azərbaycan Turizm İnstitutunda olublar. İnstitutun tədris işləri üzrə prorektoru Eldar Aslanov, tədris şöbəsinin müdiri Nərminə Abdullayeva və beynəlxalq əlaqələr şöbəsinin əməkdaşlarının iştirak etdiyi görüşdə qonaqlar ATİ-də kadr hazırlığı prosesinə böyük maraq göstərdiklərini bildiriblər. Litvanın SMK Tətbiqi Elmlər Universitetinin prezidenti bu təhsil ocağı haqqında məlumat verib. Qeyd edib ki, 1994-cü ildə yaradılan universitetdə ümumilikdə 16 ixtisas üzrə 2100 tələbə, o cümlədən 200 nəfər turizm və qonaqpərvərlik fakültəsində təhsil alır.
Qonaqlar Litva universiteti ilə ATİ arasında tələbə-müəllim mübadiləsi, beynəlxalq proqram və layihələrdə birgə iştirakla bağlı təkliflərin tezliklə reallaşacağına əmin olduqlarını bildiriblər.

 Fəxriyyə Abdullayeva
 







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar