Tur iştirakçıları internetdən pulsuz istifadə edə biləcəklər

«City Sightseeing Worldwide» («Şəhər gəzintisi») turlarında endirim kampaniyası başlayıb. Şirkətdən qəzetimizə verilən məlumatda bildirilir ki, hazırda Bakıda yollarda yaranan tıxaclar səbəbindən avtobusların qrafik üzrə hərəkətinin düzgün təşkili, habelə avtobuslarda quraşdırılmış audiosistemin təkmilləşdirilməsi məqsədilə Almaniyadan mütəxəssislər dəvət edilib və müvafiq testlər aparılır. Bu səbəbdən də turlarda iştirak etmək istəyənlər üçün endirim kampaniyası həyata keçirilir.
Məlumatda o da qeyd olunur ki, «City Sightseeing Baku» şirkəti daha bir yeniliyə imza atmağa hazırlaşır. Belə ki, yaxın günlərdə avtobuslarda quraşdırılacaq avadanlıq vasitəsilə pulsuz internetdən istifadə etmək mümkün olacaq.
Qeyd edək ki, «City Sightseeing Baku» şirkəti Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi əsasında bu sahədə dünya brendi kimi tanınan «City Sightseeing Worldwide» şirkəti ilə bağlanmış razılaşmaya əsasən yaradılıb. Şirkətin fəaliyyətinin əsasını Bakı şəhərinin mədəni irsinin və turizm potensialının geniş təbliğ olunması təşkil edir.
Şəhər turları gündə bir neçə dəfə 30 dəqiqə intervalla təşkil edilir. MAN markalı avtobuslarda ekskursiyalar xüsusi sistemlə yaradılmış avadanlıq vasitəsilə 8 dildə (Azərbaycan, rus, ingilis, ispan, alman, fransız, fars və yapon) səsləndirilir.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar