İstanbul “TripAdvisor” portalının tərtib etdiyi reytinqdə turistlər arasında ən populyar şəhərlərin siyahısına başçılıq edib. Türkiyə şəhəri bu siyahıda Fransa paytaxtını birinci yerdən sıxışdırıb çıxarıb. Paris budəfəki siyahıda yalnız yeddinci yerlə kifayətlənməli olub. Ən populyar 10 şəhər sırasına ilk dəfə daxil olan İstanbul əbədi şəhər sayılan Romanı da qabaqlayaraq lider olub. İtaliya paytaxtı isə Nyu-Yorku ikinci yerdən sıxışdırıb çıxarıb. Nəticədə Amerika meqapolisi onluğu tərk edərək 12-ci yerdə qərarlaşıb. San-Fransisko və Sidney şəhərləri də onunla bərabər onluğu tərk edib. London isə ötənilki mövqeyini - üçüncü yeri möhkəm saxlayır. Pekin (Çin) dördüncü, Praqa (Çexiya) beşinci, Mərakeş (Mərakeş Krallığı) altıncı, Hanoy (Vyentam) səkkizinci, Siemreap (Kamboca) doqquzuncu yerləri bölüşürlər. Onluğu Şanxay şəhəri (Çin) tamamlayır.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar