Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin (RMİ) təkilatçılığı ilə Daşkəsən rayonunun Xoşbulaq yaylağında “Yaylaq günü” adlı tədbir keçirilib.

Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, Gəncə-Daşkəsən RMİ-nin əməkdaşları, rayon mədəniyyət işçiləri, kənd sakinləri, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.

“Yaylaq günü”nün qeyd edilməsində məqsəd Azərbaycan xalqının zəngin və çoxəsrlik mədəni irsinin, yüzillərlə formalaşmış yaylaq ənənəsinin nadir mədəniyyət nümunələrinin təbliği, əhalinin asudə vaxtının səmərəli təşkili, eyni zamanda ərazinin dayanıqlı turizm potensialının üzə çıxarılmasından ibarətdir.

Tədbir çərçivəsində aşıqların, musiqi kolektivlərinin çıxışları, sərgilər, əl işləri, yaylaq məhsullarının nümayişi və satışı olub, milli kulinariya nümunələri təqdim edilib.

Nurəddin