Ağcabədi rayon MKS-nin Mərkəzi Kitabxanasında tanınmış yazıçı, hüquqşünas Əlisəfa Azayev ilə görüş keçirilib.

Çıxışlarda Əlisəfa Azayevin yaradıcılığı haqqında danışılıb, yazıçının “Bayıl məhbusu” və “Bir gecənin sirri” kitabları haqqında söhbət açılıb.

Sonra Əlisəfa Azayev çıxış edərək öz yaradıcılığı və gələcək planları barədə məlumat verib, “Fədakarlıq anı”, "Qürbət ellərdə" və “Ölüm qorxusu”  kitablarının bir neçə nüsxəsini kitabxanaya hədiyyə edib.

***

Zaqatala rayon Heydər Əliyev Mərkəzində Şəki-Zaqatala RGİİ Zaqatala rayonu üzrə Gənclər və idman sektoru ilə birgə 12 avqust - Beynəlxalq Gənclər Gününə həsr edilmiş yeniyetmələr arasında rəqs müsabiqəsi keçirilib.

Müsabiqədə Zaqatala rayon Mədəniyyət Mərkəzi, Heydər Əliyev Mərkəzi və Uşaq-Gənclər İnkişaf Mərkəzi rəqs dərnəyinin üzvləri iştirak edib.
Fərdi və qrup şəklində keçirilən müsabiqədə qaliblərə diplomlar təqdim olunub.

***

Masallı-Tarix Diyarşünaslıq Muzeyində rayon Mərkəzi Kitabxanası və GİKM Lənkəran-Astara regional nümayəndəliyinin Masallı bölməsi ilə birgə Vətən müharibəsi şəhidi Elçin Novruzovun anım gününə həsr edilən “Mən həyatımı çəkəcəkdim” adlı tədbir keçirilib.

Tədbirdə çıxış edənlər şəhidin həyat və döyüş yolu haqqında söz açıblar.

Vətənpərvərlik ruhunu yüksəltmək, gənc nəslin tariximizə dair biliklərini möhkəmləndirmək, Vətənin bütövlüyü uğrunda canından keçmiş Azərbaycanın igid oğullarının xatirəsini əbədiləşdirmək üçün belə təşəbbüslərin əhəmiyyəti qeyd olunub.

Tədbirin sonunda qonaqlar Elçin Novruzovun muzey fondunda qorunan şəxsi əşyaları ilə tanış olaraq xatirə şəkilləri çəkdiriblər.

***

Cəlilabad rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar “Sağlam ətraf mühitdə yaşayaq!” mövzusunda Cəlilabad şəhər sakinləri maarifləndirmək məqsədilə bukletlər paylayıblar.

Bukletlər Cəlilabad rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə mərkəzin əməkdaşları tərəfindən hazırlanıb.

Hazırladı: N.Məmmədli