Aprelin 23-dən 25-dək Qazaxıstanın Almatı şəhərində «KİTF-2014» beynəlxalq turizm sərgisi keçiriləcək. Sərgidə ölkəmizin turizm imkanları da nümayiş olunacaq. Tədbirə Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdir müavini Rauf Paşayevin rəhbərliyi ilə nümayəndə heyəti gedib.
Sərgidə Azərbaycanı «Millennium Tourism and Congress», «Gilan tourism», «The tour», «Billur tour», «Xəzər travel» şirkətləri və «Jumeirah Bilgah Beach», «Fairmont Baku», «Chinar Hotel and Spa Naftalan», «Duzdağ» hotelləri təmsil edəcək. Respublikamızın turizm imkanları 42 kv.m sahədə təqdim olunacaq. Stendimizdə ziyarətçi və iştirakçılara ingilis və rus dillərində müxtəlif növ reklam-çap məhsulları paylanacaq.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq ikinci dəfədir ki, «KİTF» beynəlxalq turizm sərgisində iştirak edir. Bu il Almatı sərgisinə 41 ölkədən 260-a yaxın şirkətin qatıldığı bildirilir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar