Medianın İnkişafı Agentliyində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyasının rəhbəri Ditmir Buşati və media analitiki Kira Kalinina ilə görüş keçirilib.

Agentliyin icraçı direktoru Əhməd İsmayılov Azərbaycanda media landşaftı, bu sahədə həyata keçirilən islahatların gedişatı, agentliyin əsas fəaliyyət istiqamətləri barədə məlumat verib, qonaqların suallarını cavablandırıb. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərdə medianin fəaliyyəti ilə əlaqədar müzakirələr aparılıb.

***

Avqustun 14-də Azərbaycan Respublikası Audiovizual Şurasında da ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Seçki Müşahidə Missiyasının media analitiki Kira Kalinina ilə görüş keçirilib.

Şuranın aparat rəhbəri Fazil Novruzov qonağa “Media haqqında” Qanunun qəbul olunmasından sonra audiovizual medianın tənzimlənməsi sahəsində yeniliklər, lisenziyalaşdırma, televiziya və radio kanallarının monitorinqi barədə məlumat verib.

Növbədənkənar parlament seçkiləri ilə bağlı televiziya və radio yayımında seçkiqabağı təşviqatın aparılması, təşviqat kampaniyasının monitorinq olunması və digər məsələlərlə bağlı qonağı maraqlandıran suallar cavablandırılıb.