Aprelin 22-də Ukraynanın paytaxtı Kiyevdə Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM-ın mədəniyyət və turizm üzrə işçi qrupunun növbəti iclası başlanıb.
Toplantıya Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovanın müvafiq dövlət qurumlarının nümayəndələri qatılıb. İclasda mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərliyi etdiyi nümayəndə heyəti iştirak edir.
İkigünlük iclasda GUAM ölkələrinin mədəniyyət və turizm sahələri üzrə əldə etdikləri nailiyyətlər, statistik məlumat mübadiləsi, mədəniyyət və turizm üzrə işçi qrupunun 2013-2014-cü illər üzrə Tədbirlər Planının həyata keçirilməsi, GUAM+ formatında mədəniyyət və turizm sahələri üzrə yeni layihələrin hazırlanması və digər məsələlər ətrafında müzakirələr keçirilir. Sonda protokolun razılaşdırılması və imzalanması nəzərdə tutulub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar