Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 25-29 iyun 2014-cü il tarixində II Bakı Beynəlxalq Turizm Filmləri Festivalı (BBTFF) keçiriləcək.
Festivalın məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirməkdir. Tədbir həmçinin tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən biri olan Azərbaycanın turizm potensialına diqqət cəlb etməyi də qarşıya məqsəd qoyub.
Festivala təqdim olunan filmlər kinematoqrafçılar, media, səyahət və turizm ekspertlərindən ibarət beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
Festivalda 7 kateqoriyada filmlər yarışacaq. Münsiflər heyəti hər kateqoriya üzrə 3 filmi müəyyən edərək mükafatlandıracaq. I yerə “Qızıl mükafat”, diplom və 2000 avro, II yerə “Gümüş mükafat” və diplom, III yerə “Bürünc mükafat” və diplom təqdim ediləcək.
Festivalın ən yaxşı filminə isə “Qran-pri” mükafatı, diplom və 4000 avro pul veriləcək.
Tədbir çərçivəsində müsabiqə və müsabiqədənkənar nümayiş proqramları ilə yanaşı, seminarlar, müzakirələr, film müəllifləri ilə turizm mütəxəssisləri və KİV təmsilçiləri arasında mübadilələr keçiriləcək.
Dünyanın onlarla ölkəsinin qatıldığı bu festival ölkəmizin turizm potensialının dünyaya tanıdılmasında mühüm rol oynayacaq. Bakıda ilk turizm filmləri festivalı 2013-cü ilin noyabrında gerçəkləşib. BBTFF mənzil-qərargahı Vyana şəhərində yerləşən Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinin (CIFFT) üzvüdür.
Festivalla bağlı daha ətraflı məlumatı www.bitff.az saytından əldə etmək olar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar