2024-cü ilin yanvar-iyun ayları ərzində azad edilmiş rayonlarda tikinti-quraşdırma işlərinə 2 milyard 56 milyon 358 min manat vəsait sərf edilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,8% və ya 381 milyon 790 min manat çoxdur. 2023-cü ilin yanvar-iyun ayları ərzində azad edilmiş rayonlarda tikinti-quraşdırma işlərinə 1 milyard 674 milyon 568 min manat vəsait yönəldilib.

Hesabat dövründə ən çox vəsait Kəlbəcər (438,5 milyon manat), Ağdam (308,5 milyon manat) və Laçın (242,4 milyon manat) rayonlarına ayrılıb.

Bu dövrdə tikinti-quraşdırma işlərinə sərf edilən vəsait 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə Qubadlı 2,6 dəfə, Ağdamda 2,3 dəfə, Şuşada 52% artırılıb.