Avqustun 15-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Mərdəkan Mədəniyyət Sarayında bu ilin noyabr ayında ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunmuş dəyirmi masa təşkil edilib. 

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin əhəmiyyəti vurğulanıb.

Qeyd edilib ki, ölkəmizin belə bir qlobal tədbirə ev sahibliyi etməsi onun qlobal ətraf mühit problemlərinə həssas münasibətinin və beynəlxalq birliyin Azərbaycana olan yüksək etimadının göstəricisidir.

Sonra “Qlobal iqlim dəyişikliyi” adlı maarifləndirici videoçarx nümayiş olunub.