Fransanın www.petitfute.com internet portalında Azərbaycanın turizm imkanlarından bəhs edən «Azərbaycanın turist soraq kitabçası» başlıqlı məqalə yerləşdirilib. Məqalədə ölkəmizin qədim İpək Yolunun üzərində, Şərq ilə Qərbin qovuşuğunda yerləşdiyi bildirilir.
Müəllif yazır: «Azərbaycanla bağlı fransız dilində bələdçi kitabçası elə tərtib olunub ki, bu ölkəyə səyahət edənlər heç bir çətinlik çəkmədən onun tarixi, mədəniyyəti və mədəni dəyərləri ilə yaxından tanış olmaq imkanı əldə edə bilsinlər. Kitabçadakı 200 başlıq altında verilən yazılarda ölkə barədə hərtərəfli məlumatlar yerləşdirilib».
«Azərbaycana xoş gəlmişsiniz» sərlövhəli yazıda Xəzər dənizinin sahilində yerləşən Bakıda son vaxtlar dünyada analoqu olmayan möhtəşəm binaların tikildiyi, bərpa işlərindən sonra daha da yaraşıqlı olan dənizkənarı bulvarın sakinlərin sevimli istirahət guşəsinə çevrildiyi bildirilir.
Yazıda ərazilərimizin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyi, tarixi abidələrlə zəngin Naxçıvanın erməni blokadasında olduğu qeyd edilir.
Fransız oxucularına dəniz və dağlar ölkəsi kimi tanınan Azərbaycanın ərazisi, dövlət quruluşu, əhalisinin sayı və tərkibi, dövlət dili, dini etiqadı, pul vahidi, iqtisadiyyatı, siyasəti, iqlim şəraiti, incəsənəti, muğamı, zəngin milli mətbəxi, mehmanxanaları, tarixi abidələri barədə geniş məlumat verilir.
Ölkəmizdə sənətkarlığın inkişafından da geniş söhbət açılır. Azərbaycanda ipəkçilik, xalçaçılıq, misgərlik və dulusçuluq kimi sənətlərin qədim dövrlərə təsadüf etdiyi bildirilir, Şəki, Gəncə, Quba, Lənkəran və digər şəhərlərdən bəhs edilir.
Soraq kitabçası fransızların ölkəmiz haqqında ətraflı məlumata malik olması və onların turist səfərləri etməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Portalda ölkəmizin turizm imkanlarını əks etdirən çoxsaylı şəkillər də yer alıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar