Mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mehmanxanaların təsnifatı aparılır. Təsnifat Avropanın bir çox ölkələrində tətbiq olunan "Hotel Stars Criteria 2010-2014"ə uyğun hazırlanmış "Mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyalarının müəyyənləşdirilməsi və qiymətləndirilmədə meyarların tətbiq edilməsi barədə" AZS 745-2012 Dövlət Standartına uyğun həyata keçirilir. 2015-ci ildə Bakı şəhərində I Avropa Oyunlarının keçiriləcəyini nəzərə alaraq, bu sahədə müvafiq işlər görülür.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 17.04.2014 - 17.04.2017 müddətinə aşağıdakı mehmanxanalara dərəcə sertifikatları verilib.

1. "Fairmont Baku" mehmanxanası (5+ ulduz),
2. "Qafqaz Point Hotel" mehmanxanası (5 ulduz),
3. "Astoria Baku” mehmanxanası (4 ulduz),
4. "Modern Hotel" mehmanxanası (4 ulduz),
5. "Çıraq Plaza" mehmanxanası (4 ulduz).