Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə həyata keçirilən “Qonağımız var” layihəsi davam edir.
Layihə çərçivəsində Xətai rayon Heydər Əliyev parkında gənc müğənni Rəsul Əfəndiyevin konserti olub. Konsert paytaxt sakinlərinin asudə vaxtının səmərəli təşkili məqsədilə keçirilib.
Şəhid ailələrinin üzvləri, rayon ağsaqqalları, Heydər Əliyev adına Hərbi İnstitutun kursantları, ictimaiyyət nümayəndələri konserti izləyiblər.
Rəsul Əfəndiyev repertuarından bir-birindən maraqlı mahnıları ilə tamaşaçıların zövqünü oxşayıb. Konsert proqramı alqışlarla qarşılanıb.