Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universitetinin (İMC Krems TEU) prezidenti Heinz Boyer və prorektoru Karl Kristian Ensfelner Azərbaycan Turizm İnstitutunun qonağı olub.
ATİ-nin rektoru, professor Cəfər Cəfərov qonaqları salamlayaraq iki ali təhsil ocağı arasında uğurla davam edən əməkdaşlıqdan məmnun qaldığını vurğulayıb. Görüşdə əməkdaşlığın daha geniş müstəvidə inkişaf etdirilməsi imkanları müzakirə olunub, təkliflər dəyərləndirilib, yeni işbirliyi perspektivləri müəyyənləşdirilib.
Avstriyalı qonaqlar İMC Krems TEU ilə ATİ arasında 2007-ci ildən davam edən və ölkəmizdə ilk dəfə tətbiqini tapan ikili diplom proqramı üzrə uğurlu əməkdaşlıqdan razı qaldıqlarını diqqətə çatdırıblar. Onlar Azərbaycan-Avstriya turizm proqramı (AATP) üzrə təhsil alan bakalavr tələbələrlə də görüşüblər.

Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar