Prezident İlham Əliyev avqustun 20-də Rəşad Məcidin (Rəşad Museyib oğlu Məcidov) 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycan Mətbuat Şurasının sədri, "525-ci qəzet"in baş redaktoru Əməkdar mədəniyyət işçisi Rəşad Məcid Azərbaycan Respublikasında media sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.

Qeyd edək ki, avqustun 21-də Rəşad Məcidin 60 yaşı tamam olur.

Dəyərli həmkarımızı əlamətdar yubileyi və dövlət təltifi münasibətilə təbrik edirik!