Azərbaycanın rusdilli mediasının tanınmış nümayəndələrindən biri, Əməkdar jurnalist Nair Əliyev uzun sürən xəstəlikdən sonra avqustun 21-də, 50 yaşında vəfat edib.

Nair Əliyev 1974-cü ildə anadan olub. Müxtəlif media orqanlarında çalışıb. 2001-ci ildə fəaliyyətə başlayan "Exo" qəzetinin (qəzet təsisçisi və baş redaktoru Rauf Talışinskinin 2018-ci ildə vəfatından sonra nəşrini dayandırıb) baş redaktorunun birinci müavini olub. Son illərdə ölkənin rusdilli saytları ilə əməkdaşlıq edib.

Medianın İnkişafı Agentliyi Əməkdar jurnalist Nair Əliyevin vəfatı ilə əlaqədar başsağlığı verib.

Allah rəhmət eləsin.