Böyük Britaniya Kralı Çarlz yay tətilini Şotlandiyanın dağlıq ərazisi Aberdinşirdə yerləşən Balmoral qəsrində keçirir.
Kral Çarlz fəxri qarovul dəstəsinin müşayiəti ilə rəsmi qarşılanma mərasimi zamanı şotlandların milli geyimi olan “kilt” geyinib.
Balmoral qəsri Kraliça II Elizabetin də sevimli iqamətgahı olub və o, yay istirahətlərinin böyük hissəsini burada keçirib. Kral Çarlz da bu ənənəni davam etdirir.
Qəsrin daxili hissəsi ilk dəfə bu il iyulun 1-dən avqustun 4-dək turistlərin ziyarətinə açılıb. 100 funt-sterlinq dəyərində biletlər elandan dərhal sonra satılıb.