Səhiyyə Nazirliyi və akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşəbbüsü ilə avtomobil səyyar klinika avqustun 22-23-də Laçın rayonunda tibbi aksiya keçirir.

Milli Oftalmologiya Mərkəzindən verilən məlumata görə, məqsəd Laçın rayonunda yaşayan sakinlərin görmə ilə bağlı problemlərini müəyyən etmək və aşkar olunan xəstəliklərin müayinə yolu ilə aradan qaldırılmasına kömək göstərməkdir.

Aksiyadakı müayinələr əsasında göz problemləri ilə bağlı ümumi nəticə çıxarılaraq müəyyən olunan xəstəliklər müzakirə edilir. Ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələb olunan pasiyentlərin akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaradılır.