Avqustun 22-də Daşkənddə Özbəkistan – Azərbaycan biznes forumu işə başlayıb. Forum Azərbaycan Prezidentinin Özbəkistana dövlətinə rəsmi səfəri çərçivəsində təşkil edilib.
Forumda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratov çıxış ediblər.
Qeyd edilib ki, forum iki ölkə əməkdaşlığının şaxələnməsi baxımından faydalı platformadır.
İki ölkə arasında 2024–2025-ci illər üçün ticarət-iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsinə dair Yol xəritəsi çərçivəsində kənd təsərrüfatı, turizm, tikinti, əczaçılıq və avtomobil sənayesi kimi sektorlarda birgə fəaliyyət müzakirə edilib.
Biznes forumda həmçinin energetika, təhsil, logistika, tikinti sahələri üzrə işbirliyi, Bakı və Daşkənd arasında əməkdaşlığın genişləndirilməsi, eyni zamanda Quba və Cizak, Beyləqan və Şəhrisəbz şəhərləri arasında qardaşlaşma əlaqələrinin qurulması ilə bağlı imzalanmış sənədlərin mübadiləsi olub.