Quba rayonunun qədim tarixə malik Xınalıq kəndi özünəməxsus coğrafi mövqeyi və nadir memarlıq görkəminə görə daim turistlərin diqqətini cəlb edib.

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən kəndin tarixi ərazisi «Xınalıq» Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu elan edildikdən sonra burada tarix və mədəniyyət abidələrinin qorunub saxlanılmasını və mühafizəsini təmin etmək məqsədilə kompleks tədbirlər həyata keçirilib. Kənddə orta əsrlərə aid Atəşpərəst məbədi, Xıdır Nəbi türbəsi, Şeyx Şalbuz, Əbu Müslim məscidləri, mağaralar və çox sayda öyrənilməmiş arxeoloji abidələr var. Dəniz səviyyəsindən 2300 metr yüksəklikdə yerləşən kənddə daim turistlərə rast gəlmək mümkündür.
«Xınalıq» Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunun direktoru Həsən Ağayev mətbuata açıqlamasında bildirib ki, son üç ildə kəndi 10 mindən artıq turist ziyarət edib. Onların təxminən yarısı əcnəbilər olub. Kəndə daha çox turistin cəlb olunması üçün əlavə tədbirlər həyata keçirilir. Qoruğun nəzdində yardımçı təsərrüfatda atçılıq turizminin inkişaf etdirilməsi üçün şərait yaradılacaq. Bundan sonra turistlər Xınalıq kəndindən 15-18 kilometr uzaqlıqda yerləşən tarixi məkanlara at belində səyahət edə biləcəklər. Xarici turistlər üçün əcnəbi dilləri bilən bələdçilər də ayrılıb.

Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar