Azərbaycanda ulduz dərəcəsi olan 53 mehmanxana fəaliyyət göstərir. Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsindən aldığımız məlumata görə, bunlardan 36-sı paytaxtda, 17-si isə regionlarda yerləşir. Ulduz dərəcəsi olan mehmanxanalardan 21-i beşulduzlu (Bakıda 17), 25-i dördulduzlu (Bakıda 16), 5-i üçulduzlu (Bakıda 4), 2-si isə 2 ulduzludur.
Qeyd edək ki, mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mehmanxanaların təsnifatı aparılır. Təsnifat Avropanın bir çox ölkələrində tətbiq olunan «Hotel Stars Criteria 2010-2014»ə uyğun hazırlanmış «Mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyaların müəyyənləşdirilməsi və qiymətləndirilmədə meyarların tətbiq edilməsi barədə» AZS 745-2012 Dövlət Standartına uyğun həyata keçirilir.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar