Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın doğum günü (26 avqust) ilə əlaqədar “Azərbaycanın birinci xanımı Mehriban Əliyeva” adlı elektron məlumat bazası hazırlanaraq onlayn rejimdə istifadəçilərə təqdim olunub.

Elektron məlumat bazasında “Rəsmi sənədlər”, “Həyat və fəaliyyətinin əsas tarixləri”, “Mehriban Əliyevanın dəyərli fikirləri”, “Görkəmli şəxslər Mehriban Əliyeva haqqında”, “Nəşrlər”, “Mükafatları”, “Mehriban xanım Əliyevanın xalqa qayğısı”, “Fotoqalereya”, “Videoqalereya” və s. özündə əks etdirən materiallar nümayiş olunur.

Təqdim olunan materiallar tam mətnləri ilə verilib.

Elektron məlumat bazası ilə bu linkdə tanış olmaq olar: https://anl.az/el/emb/M.Eliyeva/index.html