Argentinanın turizm üzrə ixtisaslaşan kütləvi informasiya vasitələri aprelin 3-5-də Bakıda keçirilmiş 13-cü Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi (AİTF-2014) ilə bağlı məqalələr yayıb.
Azərbaycanın Argentinadakı səfirliyindən verilən məlumata görə, məqalələrdə “AİTF-2014” sərgisinin Xəzər bölgəsində turizm sənayesi üzrə ən böyük tədbir olduğu, sərgidə çoxsaylı şirkətlərin, Azərbaycanın müxtəlif bölgələrinin, habelə bir sıra ölkələrin öz milli pavilyonları ilə iştirak etdiyi bildirilir. Məqalələrdə ölkəmizin turizm sənayesində əldə edilmiş nailiyyətlər, ölkəyə gələn xarici turistlərin sayının artması, 2015-ci ildə Bakıda ilk Avropa Oyunlarının, 2016-cı ildə isə “Formula-1” yarışlarının keçiriləcəyi, bununla da Azərbaycana beynəlxalq turizmin diqqətinin daha da artacağı qeyd olunur.
Yazılarda Argentinanın AİTF-də ilk dəfə iştirak etdiyi, sərgi çərçivəsində ölkənin turizm sektoruna dair seminarın və tanqo şounun təşkil olunduğu da bildirilir.