Milli Kitabxanada “Xalq qəzeti - 105” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Kitabxanadan bildirilib ki, virtual sərgidə “Xalq qəzeti”nin tarixi və fəaliyyəti haqqında dövri mətbuat səhifələrində dərc olunan məqalələr, kitablar, elmi araşdırmalar Azərbaycan və rus dillərində təqdim olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Xalq_qezeti/index.htm linkindən istifadə edə bilərlər.

Ənənəvi sərgidə qəzetin yarandığı tarixdən etibarən müxtəlif illəri əhatə edən nömrələri, tarixi və fəaliyyəti, redaktorları, qəzetçilik ənənələri, mətbuat tarixi və jurnalistika haqqında Azərbaycan və rus dillərində kitablar, elmi araşdırmalar, yubiley münasibətilə dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.