Amerika Birləşmiş Ştatlarında yaşayan Azərbaycan əsilli alim, şumeroloq, professor Tarıyel Azərtürkün “Genesıs of the Sumerıan and Etruscan Turks and Their Language” (“Şumer və Etrusk türklərinin və onların dilinin mənşəyi”) adlı kitabı “iUniverse” nəşriyyatında işıq üzü görüb.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, nəşrdə Şumer və Etrusk türklərinin və onların dilinin mənşəyindən bəhs olunur. Kitab yeddi min illik Babil mixi yazıları və ən azı beş min illik İtaliya Etrusk yazıları əsasında xalqımızın kökünü dünyaya təbliğ edir. Kitabda ilk dəfə Etrusk şəkilli yazıların türkcə tərcümələri toplanıb.

Kitabı aşağıdakı linkdən onlayn əldə etmək mümkündür: http://surl.li/xtcduz

Qeyd edək ki, 2017-ci ildə alimin “Türkün və türk dilinin mənşəyi” (mixi yazılar əsasında)” kitabı rus dilində (“Генезис тюрка и тюркского языка (на основе клинописи)” Qırğızıstanda nəşr olunub.